Ucnoqta.az
www.ucnoqta.az

DİM sədri II və III ixtisas qrupları üzrə canlı yayım edəcək

11:43 - 10 Avqust 2023 tarixində dərc olunub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalı (link) vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Ucnoqta.az DİM-ə istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da təşkil olunacaq. 

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların sabah nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.

Qeyd: I, IV və V ixtisas qrupları üzrə canlı yayım 18 avqust saat 11:00-da təşkil olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası