0
Gəncədə 67 yaşlı kişi intihar edib. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Qəsəbədə məskunlaşmış, 1952-ci ildə Kəlbəcər rayonunda anadan olan Ziyad İbrahimov yaşadığı evin tövləsində kəndirlə özünü asaraq intihar edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
