Ucnoqta.az xəbər verir ki, bu sözləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı Axar.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, Azərbaycan sözügedən məsələdən dolayı dəfələrlə Fransanı tənqid etsə və beynəlxalq hüquq normalarına əməl etməyə çağırsa da, Paris çox böyük haqsızlıq edərək qondarma və separatçı rejimlə əlaqələrini davam etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq bir qurumu legitimləşdirməyə çalışır:
Millət vəkili hesab edir ki, bu məsələ Fransa ilə ikitərəfli münasibətlərdə və yüksək səviyyəli görüşlərdə əsas problem kimi qoyulmalıdır:
“Fransa hökuməti, bu ölkənin prezidenti, xarici işlər naziri və Minsk Qrupunun Fransadan olan həmsədri bu səfərləri qəti şəkildə pisləməli və bunun Parisin siyasətinə tam zidd və qanunsuz olduğunu bildirməlidir. Bu zaman Azərbaycan doğurdan da Fransanın səmimiyyətinə inanacaq. Bunlar olmayınca isə belə bir təəssürat yaranır ki, Fransa dövləti və hökumət nümayəndələri ayrı-ayrı subyektlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə ikitərəfli əlaqə saxlaması, onlarla müqavilə imzalaması, onları legimimləşdirmək cəhdi ilə razıdırlar. Belə olan halda Fransanın həmsədr kimi Minsk Qrupundakı fəaliyyətinə və mandatına yenidən baxıla, hətta sual oluna bilər ki, belə bir ölkə ATƏT-in Minsk Qrupunda necə vasitəçilik edə bilər? Açıq şəkildə separatzmi dəstəkləyən bir dövlətin səfiri necə gəlib burada ədalətin, sülhün və beynəlxalq hüququn bərqərar olmasına necə yardım edə bilər? Zənnimcə, Fransanın Azərbaycana qarşı bu destruktiv hərəkətinə birmənalı şəkildə münasibət bildirilməli və bu məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.
A.Quliyev Fransa nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ilə bağlı məsələni ATƏT-in xarici işlər nazirlərinin dekabrın 6-7-də Milanda keçiriləcək iclasında bir daha gündəmə gətirəcəyini vurğulayıb:
