Sosial cəhətdən həsas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının diqqətdə olduğunu bildirən S.Babayev qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında ötən dövrdə əmək və sosial müdafiə sahəsində formalaşan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədəuyğundur. Aktual iş sahələrində həyata keçirilən islahatlarla, eləcə də əmək bazarı, məşğulluq və s. sahələrdə aparılan işlərlə bağlı təcrübə mübadilələri hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı iki nazirlik arasında Memorandum layihəsi hazırlanır. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqdadır.
Nazir həmçinin Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Qazaxıstan tərəfindən də dəstəklənəcəyinə əminliyini bildirib.
