“Lider” televiziyasının bir neçə region bölmələri bağlanıb.
Ucnoqta.az xəbər verir ki, “Lider” TV-nin ən böyük region bürolarından biri “Cənub” bölməsi bağlanıb. Lənkəran, Astara, Lerik, Yardımlı kimi böyük rayonları və ərtaf rayonları əhatə edən bölmənin bağlanması, kanalın maddi vəziyyətinin pis olması ilə əlaqələndirilib.Bundan başqa kanalın “Zaqatala” bürosu və bir neçə böyük rayonları əhatə edən “Aran” rayonlar üzrə bölməsi də artıq fəaliyyətini dayandırıb.Televiziyanın fəaliyyətini dayandırdığı bölmələrin əməkdaşları artıq digər televiziyalara müraciət edərək iş istəyiblər.Onlar saytımıza bildirib ki, bir müddətdən sonra kanalın digər region bölmələri də fəaliyyətini dayandıracaq.
Məsələ ilə bağlı televiziyanın mövqeyini öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı.
