57
İsrail aviaşirkətləri oktyabrın 2-dən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təxliyə reysləri həyata keçirməyə başlayacaq.
Ucnoqta.az xəbər verir ki, Ynet portalının məlumatına görə, qərar “Flydubai” aviaşirkətinin oktyabrın 1-dən Təl-Əvivə uçuşları dayandırmasından sonra qəbul edilib.
İsrail Nəqliyyat Nazirliyi təhlükəsizlik məsələləri ilə bağlı razılaşmaların tamamlanmasının ardından müvafiq icazəni verib. Həmçinin “Etihad Airways”in Əbu-Dabidən İsrailə reyslərinin sayının artırılması üçün təcili müraciət göndərilib.
