24
Litvada avqustun 22-də baş verən güclü fırtına və leysan yağışlarından sonra təxminən 74 min elektrik enerjisi istehlakçısı işıqsız qalıb.
Ucnoqta.az bildirir ki, bu barədə Litvanın elektrik paylayıcı şəbəkəsinin operatoru “Energijos skirstymo operatorius”un (ESO) nümayəndəsi Rasa Juodkene məlumat verib.
Onun sözlərinə görə, qəza-bərpa işlərinə 400-ə yaxın briqada cəlb olunub. İşlərə bələdiyyələrin yaratdığı briqadalarla yanaşı, ordu da dəstək göstərir.
ESO elektrik enerjisinin tam bərpasını 29 avqusta qədər başa çatdırmağı planlaşdırır.
Avqustun 22-də qəza səbəbindən işıqsız qalan istehlakçıların sayı 268 minə çatıb.
