33
Parisdə bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) Paris Polis Prefekturasına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hücum edən şəxs saxlanılıb.
Le Parisien qəzetinin məlumatına görə, hadisə şəhərin şimal-şərqində baş verib. 31 yaşlı kişi üç qadına hücum edib. Onlardan biri daha sonra ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qəzet iddia edir ki, saxlanılan kişi ruhi xəstəlikdən əziyyət çəkir.
