36
Braziliya Xarici İşlər Nazirliyi Argentina lideri Xavyer Milei tərəfindən prezident Luiz İnasio Lula da Silvaya ünvanlanan təhqirlərdən sonra Argentinadakı səfiri Julio Bitellini məsləhətləşmələr üçün geri çağırıb.
Ucnoqta.az xəbər evrir ki, CNN Brasil bu barədə nazirliyin açıqlamasına istinadən məlumat yayıb.
Səfir tezliklə Braziliya paytaxtına gələcək. Onun xarici işlər naziri Mauro Vieyra ilə görüşməsi planlaşdırılır. Bitellinin Buenos Ayresə mümkün qayıdışının vaxtı dəqiqləşdirilməyib.
