27
Bu yaxınlarda vəzifəsindən azad edilən Ukrayna müdafiə naziri Mixaylo Fedorov ölkə hökumətində əvvəlki vəzifəsindən başqa heç bir vəzifəni qəbul etməyəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, onun sözlərini Telegram-da keçmiş müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko yazıb.
“Bu gün dövlətdə döyüş meydanındakı hərbçilərdən başqa, müharibənin gedişatını həqiqətən müəyyən edən yalnız üç vəzifə var. Bunlar prezident, müdafiə naziri və baş komandandır. Buna görə də mən müdafiə naziri vəzifəsindən başqa heç bir vəzifəni qəbul etməyəcəyəm”, – deyə o, bildirib.
