27
Günəş partlayışlarının aktivliyində artım davam edəcək və növbəti iki gündə ən yüksək səviyyəli X sinifli partlayışlar mümkündür.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Əvvəllər son 24 saat ərzində təxminən 20 günəş partlayışının qeydə alındığı bildirilirdi. Bundan əlavə, son iki həftənin ən güclü günəş partlayışı çərşənbə günü səhər baş verib.
