52
Qonşu ölkələrlə dövlət sərhədi dəqiqləşdirildikdən sonra Qırğızıstan ərazisi 20 milyon hektarı keçib.
Ucnoqta.az bildirir ki, bu barədə Prezident Sadır Japarov sosial şəbəkə hesabında yazıb.
“2020-ci ildən əvvəl Qırğızıstanın ümumi sahəsi 199.900 kvadrat metr və ya 19.994.000 hektar idi. Qonşu ölkələrlə dövlət sərhədi dəqiqləşdirildikdən sonra ölkəmizin ərazisi 15.572 hektar artıb və bu gün Qırğızıstanın ərazisi 20.095.572 hektardır”, – deyə qeyd edib.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, bu ərazinin 94,4%-i dağlıqdır.
