75
Rusiya prezidenti Vladimir Putinin Kremldə Şimali Koreyanın xarici işlər naziri Çoe Son-hui ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
Rusiya lideri ikitərəfli münasibətləri yüksək qiymətləndirib və Kim Çen Ina səmimi salamlarını çatdırıb.
Rusiya prezidenti KXDR Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə bir daha KXDR rəhbərliyinə və xalqına Ukrayna ilə müaharibədə göstərdikləri köməyə görə minnətdarlığını bildirib.
