Çərşənbə, İyul 22 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRİQTİSADİYYATQaydalar dəyişdi:

Qaydalar dəyişdi:

tərəfindən redaktor 29.06.2026 / 10:12
29.06.2026 / 10:12
7

Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bankdan dəyişiklikləri məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndiriblər.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edir ki, bu ilin oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır:
"Yəni, riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra biləcək. Bu zaman, istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən sorğu yerləşdirməklə bütün kredit təşkilatlarınd məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoya biləcək. Yeni dəyişikliklərə əsasən, vətəndaşlar müştərisi olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət tətbiq edə biləcəklər. Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər".

Vüqar Bayramov qeyd edir ki, qaydalarda digər dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində “gözləmə müddəti”nin tətbiq edilməsidir:
"Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaqdır.
Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da belə, bu daha çox ənənəvi yanaşmadır. Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmilləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir. 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. Bütün bunlar, qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb. Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Belə olan halda, qadağa hüququndan istifadə edəcək vətəndaşlarımızın statistikası yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək".

Deputatın sözlrəinə görə, “Gözləmə müddətinin” tətbiqi müsbət hal olsa da belə, daha məqsədəuyğun olardı məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun:
"Minimum əmək haqqının iki misli bəzi kreditlər üzrə çox az, bəziləri üçün isə kreditin əhəmiyyətli hissəsidir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, minimum əmək haqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin.
Bütün bunlar ilə yanaşı, çox vacib məqamlardan biri də maarifləndirmədir. Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir".

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
İsrailin qondarma “erməni soyqırımı” qərarı ciddi narahatlıq doğurur –
Sonrakı yazı
Bağlı qalan daha iki cinayətin üstü açıldı

Digər yazılar

Alman sürücüləri ucuz yanacaq üçün Çexiyaya axın edirlər – Bild

21.07.2026 / 15:14

Avro və rubl ucuzlaşıb, dollar isə …

21.07.2026 / 10:04

Yəmən lideri neft ixracının bərpa olunduğunu açıqladı

21.07.2026 / 00:06

Əli Əsədov bu nazirliyin avtomobil limitini artırdı

20.07.2026 / 17:21

Valyuta məzənnələri açıqlanıb

20.07.2026 / 09:16

Braziliya ABŞ-ın yeni tariflərinə cavab verəcək – Lula da Silva

16.07.2026 / 16:50

Bəsrə limanında neft yükləməsi dayandırılıb

16.07.2026 / 14:55

Heyvan idxalında yeni qaydaların məqsədi nədir? – AQTA-dan açıqlama

08.07.2026 / 20:35

AQTA bu qərarla sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır…

08.07.2026 / 12:43

XƏBƏR LENTİ

  • ABŞ-ın İrana qarşı əməliyyatının dəyəri açıqlandı – 37,5 milyard dollar

    22.07.2026 / 00:19
  • İran Küveytdəki radarlara zərbələr endirib

    22.07.2026 / 00:15
  • Azərbaycan Milli Mətbuatı – 151 il

    22.07.2026 / 00:03
  • Zelenski Fedorova yeni vəzifə təklif etdi

    22.07.2026 / 00:01
  • Sırski artıq baş komandan deyil

    21.07.2026 / 23:45
  • İlham Əliyevlə Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

    21.07.2026 / 22:48
  • Qaradağda qaz kəsiləcək

    21.07.2026 / 22:00
  • NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik gəmi göndərir

    21.07.2026 / 21:05
  • Prezidentin Almaniya səfəri ilə bağlı videoçarx paylaşılıb

    21.07.2026 / 20:38
  • “Sərt zərbə endirəcəyik” – Tramp

    21.07.2026 / 19:57
  • Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    21.07.2026 / 19:52
  • Bakının 15 yolunda tıxac var – FOTO

    21.07.2026 / 18:51
  • Qarabağ kanalında batan şəxsin meyiti tapıldı

    21.07.2026 / 18:41
  • Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

    21.07.2026 / 18:34
  • Səyyar ASAN xidmət Xankəndidə təşkil edilib

    21.07.2026 / 17:33
Geri Növbəti
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ