Bazar, Sentyabr 20 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRÖLKƏ İÇİŞərəfli ömür yolu –
ÖLKƏ İÇİ

Şərəfli ömür yolu –

tərəfindən redaktor 27.04.2026 / 13:41
27.04.2026 / 13:41
A+A-
Sıfırla
27

 “Şəhid atasının yubiley  tədbiri” 

Vətənini, xalqını sevən, məhz bu məqsədlə  yaşayıb-yaradan əsl ziyalı, kamil şəxsiyyət, dosent, filologiya elmləri doktoru, professor, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov yaxşılıq gözündə ucala-ucala ömrünün 65 ilini yola saldı.  
Kamran müəllim ucaldığı müdriklik zirvəsindən geriyə boylananda  ötən illərin hədər  getmədiyini, özünün  cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür və bununla  ruhən,  cismən rahatlıq  tapır, qürur duyur, millətin  döyünən ürəyi, düşünən  beyni olaraq şərəfli həyat yolunu davam edir. Hər gördüyü işdə fədakar ziyalı, xalqını, yurdunu   halal bir məhəbbətlə sevən ləyaqətli bir vətəndaş olduğu  yaxşı görünür.

Kamran Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatıb. Elə doğma elində- məzunu olduğu  Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı,  uzun müddət yaddaşlardan silinməyən bir tədbir keçirildi. 

Tədbirdə əvvəlcə Kamran müəllimin nəvələri- şəhid baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynur  musiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxudular  və  Vətən yolunda  özlərini qurban verən zəfər şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Səmədovun, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, Lənkəran Dövlət Universitetinin və  Astara Pedaqoji Kollecinin əməkdaşlarının, məktəb rəhbərlərin, rayon ictimaiyyətinin nümayəndələrin, yubilyarın ailə üzvlərinin, qazi və  şəhid ailələrin, eləcə  digər qonaqların yer aldıqları tədbirdə Kamran müəllimin 65 illik yubileyini təbrik edərək onun həyat və fəaliyyət yolunun elmə, təhsilə və Vətənə xidmətin parlaq nümunəsi olduğunu bildirən məktəbin direktoru Ramiz Ramazanov daha sonra dedi:

– Nəcib həyat  amalı, saf niyyəti  xalqın, dövlətin mənafeyi naminə yönələn Kamran müəllimin uzun illər pedaqoji sahədə qazandığı uğurları, yetişdirdiyi kadrları və cəmiyyətə verdiyi töhfələri çox dəyərlidir. Həmçinin şəhid atası kimi göstərdiyi mətanət və iradəsi onun doğma Vətəninə nə qədər ürəkdən bağlı olmasından xəbər verir. Yüksək zəkası, fitrətən xalq adamı olması, zəngin mənəvi aləmi hər kəsə örnəkdir.

Çıxış edərək Kamran müəllimlə bağlı xoş xatirələrini bölüşüb, onun uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və insanlıq keyfiyyətlərindən söz açan  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov onu da vurğuladı ki, Kamran müəllim yüksək dəyərlərə malik ziyalı və nümunəvi pedaqoq kimi  böyük nüfuz sahibidir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan bu gözəl   insana sağlam ömür arzu edirəm.
“Hər bir insanın dəyəri  onun öz  xalqı üçün gördükləri ilə ölçülür. Kamillik və mənəviyyat zirvəsinə ucalan, böyük həvəslə  insanlara səmimi xidmət etmək  iç dünyasından, mənəvi aləmindən qaynaqlanan  Kamran Kazımovun həyatı buna gözəl nümunədir". 

Bu  səmimi fikirlər isə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun çıxışından götürülüb.

Çıxış edən digər natiqlər Kamran müəllimin  gənclik dövründən elmə və təhsilə böyük maraq göstərdiyini,  çalışqan, intizamlı və məsuliyyətli olduğunu,  pedaqoji fəaliyyətə başladığı dövrdən etibarən biliyini,  bacarığini  şagird və tələbələrin təlim-tərbiyəsinə yönəldiyini,   uzun illər ərzində yüzlərlə savadlı kadr yetişdirərək gənc nəslin formalaşmasında mühüm rol oynadığını dedilər. Eyni zamanda onun insani keyfiyyətləri – səmimiyyəti, təvazökarlığı, ədalətliliyi və insanlara qayğıkeş münasibəti xüsusi vurğulandı. Çıxışlarda onun ailə dəyərlərinə sadiqliyi, xüsusilə şəhid atası kimi göstərdiyi mətanət və səbir dərin ehtiramla qeyd olundu, həyat yolunun gələcək nəsillər üçün örnək olacağı diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində məktəb şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1  saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında şer, musiqi nömrələri  iştirakçılar tərəfindən maraqla qarşılandı və  dəfələrlə alqışlandı.

Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkür etdi. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdən  söz açdı, təhsilin insan həyatında oynadığı mühüm rolundan  danışdı.  Ona göstərilən diqqət və qayğını  yüksək qiymətləndirdi, eləcə   tədbirə qatılan hər kəsə minnətdarlığını bildirməklə  onlara möhkəm can sağlığı və uğurlar arzuladı.
Yubiley tədbiri iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
  
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Paşinyan Gürcüstanla razılaşdığını açıqladı
Sonrakı yazı
Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

Digər yazılar

Bəzi yerlərdə leysan olacaq – Proqnoz

19.09.2026 / 13:05

Yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

18.09.2026 / 16:52

Sabah 33 dərəcə isti olacaq – Proqnoz

18.09.2026 / 12:53

Prezident və xanımı Pir Ömər Sultan ziyarətgahında – FOTO

17.09.2026 / 17:16

Sabahın havası açıqlanıb

17.09.2026 / 13:31

Sabahın havası açıqlanıb

16.09.2026 / 12:50

Sabah 35°-dək isti olacaq

15.09.2026 / 12:39

İşğaldan azad edilmiş ərazilərdə Bilik Günü qeyd edilir

15.09.2026 / 11:54

Astaranın üç kəndində qaz kəsildi

15.09.2026 / 11:04

XƏBƏR LENTİ

  • Üç ay əvvəl çayda batan şəxsin meyiti tapılıb

    19.09.2026 / 17:00
  • Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

    19.09.2026 / 16:57
  • İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

    19.09.2026 / 16:32
  • “Atası toya gəlib, ya gəlməyib, sənə nə dəxli?”

    19.09.2026 / 14:54
  • Prezidentdən İsgəndər Cavadovla bağlı Sərəncam

    19.09.2026 / 14:40
  • Prezident bir qrup neftçini təltif etdi

    19.09.2026 / 14:38
  • Nəriman Axundzadə milliyə çağrıldı

    19.09.2026 / 14:08
  • “Ayrılıb öz ayağı üstə duran qadın qınanır“

    19.09.2026 / 14:01
  • Anar Ələkbərov Pəncəli Tevmurovun ailəsində qonaq olub – FOTO

    19.09.2026 / 13:35
  • Bakıda bu avtobusların yolu dəyişdirildi

    19.09.2026 / 13:26
  • Füzulidə “Mina təhlükəsi rəsmlərdə” rəsm müsabiqəsi keçirilib

    19.09.2026 / 13:23
  • Ukrayna ordusunun itkiləri açıqlanıb

    19.09.2026 / 13:08
  • Bəzi yerlərdə leysan olacaq – Proqnoz

    19.09.2026 / 13:05
  • Dembele dünyanın ən yaxşı futbolçusunun adını açıqladı

    19.09.2026 / 11:43
  • Bağlı qalan daha 21 cinayətin üstü açılıb – DİN

    19.09.2026 / 11:36
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Bəzi yerlərdə leysan olacaq – Proqnoz

19.09.2026 / 13:05

Yağış yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

18.09.2026 / 16:52

Sabah 33 dərəcə isti olacaq – Proqnoz

18.09.2026 / 12:53

Prezident və xanımı Pir Ömər Sultan ziyarətgahında – FOTO

17.09.2026 / 17:16

Sabahın havası açıqlanıb

17.09.2026 / 13:31