Xəbər verdiyimiz Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edilib. Bundan bir müddət əvvəl də II və III ixtisas qrupları üzrə nəticələr açıqlanmışdı.
Ucnoqta.az xəbər verir ki, DİM -nin açıqladığı nəticələr görə, bu il keçirilən qəbul imtahanlarında ən yüksək 700 balı toplayan şagird olmayıb. Bu il üçün ixtisas qrupları üzrə ən yüksək göstəriciləri təqdim edirik:
I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 bal.
II ixtisas qrupu üzrə ən yüksək nəticə 690.7 bal.
III ixtisas qrupu üzrə ən yüksək nəticə 679.3 bal.
IV ixtisas qrupu üzrə ən yüksək nəticə 686 bal.
Xatırladaq ki, ötən I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5, II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4, III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 , IV ixtisas qrupu üzrə ən yüksək nəticə 700 bal omuşdur.
