Çin gömrükçüləri bədəninə yapışqan yapışdırılmış 68 ədəd işlənmiş iPhone-u qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməyə cəhd edən şəxsi saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CnBeta portalı məlumat yayıb.
Hadisə iyulun 31-nə keçən gecə sərhəd-keçid məntəqələrindən birində baş verib. Kişi bəyan edilməli əşyaları olmayan sərnişinlər üçün nəzərdə tutulmuş "yaşıl zolaq"ı seçib. Lakin onun qeyri-təbii yerişi və yöndəmsiz hərəkətləri gömrükçülərdə şübhə doğurub və onlar yoxlama aparmaq qərarına gəliblər.
Axtarış zamanı məlum olub ki, kişi paltarının altında ayaqlarına və qarnına lentlə bükülmüş onlarla müxtəlif modelli “iPhone”lar gizlədilib. Ümumilikdə, ümumi çəkisi təxminən 13 kq olan 68 ədəd işlənmiş smartfon müsadirə edilib. Ehtimal olunur ki, həmin şəxs onları Çində satmaq üçün idxal etməyi planlaşdırıb.
Qaçaqmalçılıq faktı ilə bağlı cinayət işi açılıb. Apple smartfonlarının böyük partiyasının daşıyıcısını hansı cəzanın təhdid etdiyi barədə məlumat verilmir.
