Yeni sanksiyalar paketinin bir hissəsi kimi Yaponiya avqustun 9-dan Rusiyaya avtomobillərin tədarükünə məhdudiyyətlər tətbiq edəcək
Ucnoqta.az xəbər verir ki, mühərrik həcmi 1,9 litrdən çox olan yeni və işlənmiş avtomobillər, həmçinin bütün hibridlər və elektromobillər qadağan ediləcək. Qadağa həmçinin hibrid güc aqreqatlarını və yük avtomobillərinin təkərlərini də əhatə edir. Yaponiya bu cür məhdudiyyətlərlə daha əvvəl Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilən oxşar qadağanı dəstəkləyir.
Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci yarısında Yaponiyadan Rusiyaya avtomobillərin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə üçdə bir və ya 32,8 faiz artıb. İyun ayında isə ixrac keçən ilin eyni ayına görə yüzdə 60,3 artıb. Bu günə qədər yürüşü olan xarici avtomobillər belə məhsulların ümumi ixrac həcminin 26 faizini təşkil edir.
