1
Vilayət Eyvazov keçmiş rəisin oğluna vəzifə verib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Hüseyn Şabanov Gəncə şəhər 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə baş əməliyyat müvəkkili təyin edilib.
Xatırladaq ki, H.Şabanov buna qədər Bakı şəhərində Nəqliyyatda Baş Polis İdarəsininin Dəmiryolu Polis İdarəsinin Cinayyet Axtariş Şöbəsində əməliyyat müvəkkili işləyib.
Qeyd edək ki, Hüseyn Şabanov Gəncə şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Faiq Şabanovun oğludur.///publika
