Uşaqlarda iştahsızlıq, yuxusuzluq, yaddaş problemləri və bəzi davranış pozğunluqlarının səbəblərindən biri də çox vaxt serotonin hormonunun aşağı səviyyədə olmasıdır.
Ucnoqta.az xəbər verir ki, "Seratonin" xoşbəxtlik hormonunun adıdır. Uşağın göstərdiyi aqressiv davranışlar, qəzəb püskürmələri, yatağı islatma və ya hər zaman hiss etdiyi qorxular, hətta qarın ağrısı, ürəkbulanma kimi şikayət etdiyi fiziki əlamətlər bu hormonun kifayət qədər ifraz olunmadığının siqnalları ola bilər.
Çünki bu mühüm hormon mədə-bağırsaq traktında həzmi tənzimləməklə yanaşı xoşbəxtlikdən məsuldur. Beləliklə, valideynlər olaraq övladımızın serotonin səviyyəsini yüksək tutmaq üçün nə edə bilərik? İlk növbədə, təbii ki, biz çalışmalıyıq ki, ailədə narahatlıq, təzyiq və zorakılıqdan uzaq bir mühit yaradılsın. Çünki bədbəxt ailə mühiti uşağın emosiyalarına mənfi təsir etməklə yanaşı, onun fiziki və davranış reaksiyalarına da mənfi təsir göstərir. Şübhəsiz ki, uşağın sağlam qidalanması və yuxusu, nizamlı idman etməsi və günəşlə kifayət qədər aldığı D vitamini serotonin səviyyəsini yüksəldə bilər.
Ancaq serotonini qidalandıran ən güclü qida "Sevgi və Güvən"dir.
