Braziliyanın Rio-de-Janeyro ştatının Manqaratiba şəhərinin hakimiyyəti “Pari Sen-Jermen”in futbolçusu və ölkə milli komandasının futbolçusu Neymarı onun üzərində süni gölməçə və üzgüçülük zonası yaratdığına görə 16 milyon real (3,3 milyon dollardan çox) cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə G1 məlumat yayıb.
Prokurorluğun məlumatına görə, PSJ-nin hücumçusu iş zamanı lazımi ekoloji nəzarəti təmin etməyib. Buna görə idmançı 10 milyon real (təxminən 2 milyon dollar) məbləğində cərimələnib. Neymar qanunu pozaraq "torpaq köçürdüyü" üçün daha 5 milyon real (1 milyon dollardan çox) cərimə alıb.
Braziliyalı həm də gölməçədə qeyri-qanuni üzgüçülük etdiyinə görə 1 milyon real (təxminən 208 min dollar) məbləğində cərimələnib – səlahiyyətlilər əvvəllər ona bunu etməyi qadağan etmişdilər, lakin prokurorun qənaətinə görə, Neymar hələ də gölməçədən istifadə edib.
Sonuncu, dördüncü 10.000 real (2.000 dollar) cəriməni forvard icazəsiz yaşıl sahələrin məhvinə görə alıb.
