2
Azərbaycan Laçın yolunu beton plitələrlə bağladı
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, iyunun 22-də Azərbaycan sərhədçiləri tərəfindən Laçın yolunda beton plitələr qoyulub.
Görüntülərdə Rusiya sülhməramlılarının prosesi izlədiyi əks olunub.
Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.
Bu hadisədən sonra "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin hərəkəti təhlükəsizlik səbəbindən məhdudlaşdırılıb.
