0
Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin İrəvanda keçirdiyi mətbuat konfransında Brüssel görüşündə müzakirə edilən məqamlardan birinin Ermənistan və Azərbaycanın öz silahlı qüvvələrini sərhədlərdən geri çəkməli olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, “Alpha News”a müsahibəsində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan qeyd edib ki, Ermənistan qoşunlarının 100 metr geri çəkilməsi nəticəsində 70-dən çox yaşayış məntəqəsi təhdid altında olacaq.
Ağababyan yaşayış məntəqələrinin tamamilə və ya qismən neytral zonaya çevriləcəyini vurğulayıb.
