Məhkəmə Seyran Ohanyan və Qriqori Xaçaturovun cinayət işinə baxmağa başlayıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, mayın 8-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan bloku” fraksiyasının rəhbəri Seyran Ohanyana, ölkənin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin keçmiş komandiri Qriqori Xaçaturov və başqa 11 nəfərə qarşı cinayət işinə baxmağa başlayıb.
Təqsirləndirilən şəxslərin tərəfdarları, o cümlədən həlak olan hərbçilərin valideynləri məhkəmə binası qarşısında toplaşıblar.
Xatırladaq ki, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Milli Assambleya baş prokurorun vəsatətləri əsasında fevralın 8-də Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.
Qriqori Xaçaturov vəzifə səlahiyyətlərindən istifadə edərək cinayət yolu ilə əldə edilmiş xüsusilə iri daşınmaz əmlakı leqallaşdırmaqda (çirkli pulların yuyulmasında) ittiham olunur.
