2
"İndi əsas problemlərdən biri ondan ibarətdir ki, biz ardıcıl olaraq dövlət ləyaqətimizi itiririk"
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə türkoloq, YDU professoru Ruben Melkonyan bildirib.
"Mən bir şərqşünas kimi deyirəm. Ermənistanın xarici işlər naziri nə qədər ciddi başsağlığı versə də, o, hörmətli qonaq və tərəfdaşa çevrilməyəcək", – türkoloq bildirib.
Melkonyan qeyd edib ki, nə Şərqdə, nə də Qərbdə müharibədə uduzan hakimiyyətin dövlətin başında qalması qəbuledilməzdir.
