Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) Cənubi Koreyanın sahibkarlıq universiteti modeli üzrə ixtisaslaşmış qabaqcıl universiteti Hanbat Milli Universiteti ilə qlobal səviyyədə əməkdaşlığı Koreya mətbuatında işıqlandırılıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanda sahibkarlıq və texnologiyanın kommersiyalaşdırılması üzrə atılan addımlardan bəhs edilən məqalədə bu ilin 29 oktyabr tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və Hanbat Milli Universitetinin Sənaye-Universitet Əməkdaşlıq Fondunun vitse-prezidenti Conq-in Çoyun iki müəssisə arasında Anlaşma Memorandumunun imzalanmasına xüsusi yer verilib.
Məlumatda iki ölkə arasında elm və texnologiyaya əsaslanan əməkdaşlığın uğurla davam etdirildiyi vurğulanıb.
Xatırladaq ki, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi ilə Hanbat Milli Universiteti arasında imzalanmış memorandum Azərbaycanda sahibkarlıq ekosistemi, o cümlədən sahibkarlığın tədirisi istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutulur. Bu məqsədlə Koreya təcrübəsi əsasında sahibkarlıq bilik və bacarıqalarının inkişaf etdirilməsi istiqamətində yeni məzmun planlarının hazırlanması, eləcə də Azərbaycanda fəaliyyət göstərən təhsil müəssislərində tətbiqi imkanları razılaşmasının əsas predmetini təşkil edir.
Sözügedən yazı ilə aşağıdakı linkdən istifadə edərək tanış olmaq olar:
http://m.cbiz.kr/news/articleView.html?idxno=24547
