0
İspaniya yığmasının və Almaniyanın “Leypsiq” klubunun futbolçusu Dani Olmo Valensiyada qarət edilib.
Ucnoqta.az xəbər verir ki, onun bahalı saatı oğurlanıb. Futbolçunun qardaşı quldurlara müqavimət göstərərkən xəsarət alıb.
Vətənində istirahət edən ispaniyalı yarımmüdafiəçi qardaşı ilə birlikdə bərbərə getdikdən sonra hücuma məruz qalıb. Bərbər salonundan çıxan futbolçuya hücum edən iki naməlum şəxs onun 30 min avro dəyərində “Rolex” saatını qolundan açıb.
Dani Olmonun qardaşı avtomobillə qaçan qarətçiləri dayandırmağa cəhd edərkən yaralanıb.
