0
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri Zəfər Gününün ildönümü münasibətilə Türkiyədə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün Ankaraya yola düşüb.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi orkestrin heyəti polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərliyi ilə Ankara şəhərində konsert proqramları ilə çıxış edəcək.
