0
“2021-2022-ci tədris ilindən etibarən məktəblərdə real inspeksiyalara başlanılacaq”.
Ucnoqta.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Eldar Orucov bildirib.
O qeyd edib ki, bu ilin mart-iyun aylarında 24 məktəbdə pilot inspeksiyalar keçirilib: "Bu, məktəblərin hansı problemlərin olduğunu ortaya çıxarmaq üçün əhəmiyyətlidir. Ortaya çıxan nöqsana uyğun həmin təhsil müəssisələri ilə bağlı inzibati tədbir görüləcək".
