0
Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavinlərindən daha biri vəzifəsindən azad edilib.
Ucnoqta.az xəbər verir ki, bu İsmayılov Vüsar Qəşəm oğludur.
Qeyd edək ki, o Yeni Azərbaycan Partiyasında yeni vəzifəyə təyin edilib. Belə ki, YAP-ın Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğluna həvalə edilib.
O, bu vəzifəyə 2008-ci ildən təyin edilmişdi. Bunla da icra başçısının müavinlərinin sayı birə (Süleymanova Sevinc Məhəmməd qızı) düşüb.
