2
Bakıda 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ucnoqta.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Bakının Xətai rayonunun Kazımağa Kərimov küçəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkətində mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 42 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
