0
Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Ucnoqta.az-nın sorğusuna cavab olaraq bildirilib ki, R. Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcəkdir. Xatırladaq ki, mətbuatda R. Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
