Tanınmış tarixçi alim Dilavər Əzimli EKMO cihazına qoşulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya alimin həyat yoldaşı Arzu Qazıyeva deyib. Onun sözlərinə görə, həkimlər Dilavər Əzimlinin vəziyyətini ağır qiymətləndirir:
"Təzə qoşulub, yeni məlumatlar gözləyirik. Hazırda FHN-nin Zığdakı modul tipli xəstəxanasındadır, analizləri yenidən götürülüb, dərmanları dəyişdirilib. Ümidimizi üzməyək, ancaq Allaha dua edək. Mən inanıram ki, Dilavər sağalıb ayağa qalxacaq. Amma xəstənin özünü də buna inandırmaq lazımdır".
Arzu Qazıyeva deyib ki, yeganə istədiyi hansısa formada ona psixoloji dəstək verilməsidir:
"İstədiyim budur ki, qorxmasın, ən yaxşı aparata qoşulub. Amma bilmirəm ki, bunu necə edim".
Qeyd edək ki, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli koronaviusa yoluxub. Onun səhhətində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bir qurup tanınmış ictimai-siyasi xadimləri yanvarın 6-da Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
