Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələrinin komandanının müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncama ilə S. Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. ///report