Mart ayında Brent neftin qiyməti 40%-dən çox artıb

00:04 - 1 Aprel 2026 - İQTİSADİYYAT

2026-cı ilin mart ayında Brent markalı xam neftin qiyməti 40%-dən çox artıb

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2026-cı ilin mart ayında 42,02% artaraq barel üçün 103,97 dollara çatıb.

2026-cı ilin may ayında çatdırılma üçün WTI markalı xam neftin qiyməti ay ərzində 50,66% artaraq barel üçün 101,38 dollara çatıb.

Brent markalı xam neftin mart ayında ən yüksək qiyməti 9 martda qeydə alınıb və 17 iyun 2022-ci ildən bəri ilk dəfə barel üçün 119,5 dollara çatıb. Elə həmin gün WTI də 15 iyun 2022-ci ildən bəri ilk dəfə aylıq maksimum qiymətinə - barel üçün 119,48 dollara çatıb.

Xəbər xətti