Papa XIV Leo ABŞ prezidenti Donald Trampın İranla müharibədən çıxış yolu axtardığına və Yaxın Şərqdə zorakılığın azaldılmasına ümid etdiyini bildirib.
Ucnoqta xarici mətbuata istinadən xəbər verir ki, pontifik CNN-ə verdiyi müsahibədə bildirib.
"Mənə deyilir ki, Prezident Tramp bu yaxınlarda müharibəyə son qoymaq istədiyini bildirib. Ümid edirəm ki, o, çıxış yolu axtarır. Ümid edirəm ki, o, zorakılığı və bombardmanları azaltmaq üçün bir yol axtarır ki, bu da Yaxın Şərqdə artan nifrətin aradan qaldırılmasına əhəmiyyətli töhfə verəcək", - deyə qeyd edib.