Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

11:43 - 30 Mart 2026 - HADİSƏ

Nərimanov rayonunda bir nəfərə məxsus “Changan” markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.

Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti