Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib</b></font>

21:40 - 29 İyun 2020 tarixində dərc olunub.

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
O, bundan əvvəl Hərbi Dəniz Qüvvələrinin komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncama ilə S. Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.
Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. ///report

Müəllif: