Səhiyyə Nazirliyində VAKANSİYA: Koronavirus xəstələrinə xidmət üçün həkimlərin işə qəbulu aparılır

17:55 - 29 İyun 2020 - Xəbər

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib.

Nazirlikdən verilən məlumata görə, koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.///trend
 

 

Xəbər xətti