Bu şəhərlərdə küçəyə çıxmaq məhdudlaşdırıla bilər - TƏBİB

19:44 - 3 İyun 2020 - Xəbər

Hər gün minumum 200 xəstə yeni xəstələrin sırasına daxil olur.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, bu, TƏBİB-ə Nazirlər Kabineti yanında Operativ Qərargaha yeni müraciət üçün əsas verib:

“Müraciətimiz xəritədə yoluxmanın narıncı olduğu sahələrdə həftənin cümə günü axşamdan bazar ertəsinədək küçəyə çıxma üçün məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Təklifimiz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərləri üzrədir. Qarşıdakı 1-2 ay ərzində bütün həftə sonları və ola bilsin ki, bayram günlərində 2-3 günlük küçəyə çıxmaq qadağası ilə bağlıdır. Bu təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Küçəyə çıxmanın tam məhdudlaşdırılması ilə bağlı təklifimiz beynəlxlq təcrübəyə əsaslanıb".

 

Xəbər xətti