Salyanda yük avtomobili yanıb

17:35 - 3 İyun 2020 - HADİSƏ

Salyanda yük avtomobili və banında olan ot bağlaması yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, rayonun Gomuşçu kəndində “ZİL” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2,7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti