Peskov koronavirusdan sağaldı

20:34 - 25 May 2020 - Xəbər

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusdan sağalıb və xəstəxanadan buraxılıb.

Bu barədə o “RİA Novosti”yə bildirib. “Bu, doğrudur”, - xəstəxanadan buraxılıb-buraxılmaması barədə sualını cavablandıran Peskov deyib.
"İnterfaks"ın yazdığına görə, siyasətçi iki həftə evində özünütəcrid şəraitində qalacaq.

Xatırladaq ki, daha əvvəl D.Peskovun xanımı, tanınmış rəqqasə- fiqurist Tatyana Navka koronavirusdan sağalmışdı.///qafqazinfo

Xəbər xətti