"Alt paltarında çölə çıxır ..."- Pişik Günel- Video

20:22 - 14 May 2020 - MAQAZİN

ARB TV-nin “Show news” verilişininin növbəti müsahibi müğənni Günel Ələkbərova olub.

Müğənni bəd-nəzərdən söhbət açıb:
“Bütün günü evdə üzərlik yandırıram. Axırda Fövqaladəyə zəng edəcəklər ki, gəlin bunları aparın, evdə yanğındır. Nə qədər üzərlik yandırmaq olar? Bütün günü efirdə olmuram, hərdən-birdən çıxıram onda da aləm dəyir bir-birinə. Gözü dəyənin gözləri çıxsın. Üzərlik hərliyəndə də deyirəm ki, kimin gözü var, gözü çıxsın”.

Günel geyimlərinin söz-söhbətə çevrilməsindən şikayətlənib:
“Camaat alt paltarında çölə çıxır onlara heç nə deyən yoxdur. Mən şortik geyinsəm hamı başlayır. Nolub? Tənqid yazanları vecimə də almıram”.


​///olke.az

Xəbər xətti