Niderlandda bir sutkada 145 pasiyent koronavirusdan ölüb

17:17 - 29 Aprel 2020 - DÜNYA

Niderlandda COVID-19 infeksiyasına yoluxanların sayı 38 802 nəfərə çatıb.


Bu barədə krallığın Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan 145 pasiyent ölüb. Qurbanların ümumi sayı 4 711 nəfər olub. Son sutkada 386 yoluxma hadisəsi qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 154 000-i ötüb. Bunların 965 397 nəfəri sağalıb, 218 795 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report

Xəbər xətti