110 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı

13:14 - 26 Aprel 2024 - MARAQLI

ABŞ-dan 110 il yaşayan təqaüdçü uzunömürlülüyün sirrini bölüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə WNBC məlumat yayıb.

Vinsent Dransfild 28 mart 1914-cü ildə anadan olub və 1945-ci ildən Nyu Cersi ştatının Little Falls şəhərindəki öz evində yaşayır. Kişi nəinki özünün tam qayğısına qalır, həm də maşın sürür. O, 60 ildən artıq avtomexanik işləyib və həyat yoldaşının istəyi ilə təqaüdə çıxıb.

Dransfild, onun sözlərinə görə, ictimai həyat baxımından həmişə kifayət qədər aktiv olub: 80 il ərzində adam yerli yanğınsöndürmə idarəsində könüllü kimi xidmət edib, bir müddət bölməyə rəhbərlik edib.

Təqaüdçü uzunömürlülüyün sirri kimi gəncliyində yaxşı qidalanmağı adlandırıb. Gənc ikən südçülük fermasında işləyirdi: belə məşğulluq sayəsində yaxşı yeyir, çoxlu süd içirdi.

“Süd içdim və yaxşı yedim. Düşünürəm ki, bu, sağlamlığımı qorumaq, sümüklərimin möhkəmliyi üçün yaxşı başlanğıc idi”, - yüzillik yaşlı xanım bildirib.

Amerikalı digər səbəb kimi xeyriyyəçiliyi və həyata müsbət münasibəti göstərib.

"Mən həmişə nəsə səhv getsə belə, pozitiv olmağa çalışıram" -Dransfield əlavə edib.

Xəbər xətti