Bosforda gəmilərin hərəkəti dayandırılıb

09:15 - 6 May 2024 - DÜNYA

Bosforun şimal hissəsində gəmi qəzası səbəbindən boğazdan keçən gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

 Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz X səhifəsində məlumat yayıb.

“64 metrlik “Brabus” yük gəmisi (Kamerun bayrağı altında) Trabzondan Bandırma istiqamətində hərəkət edərkən Boğazın şimal girişi yaxınlığında sükan çarxında nasazlıq yaranıb - agentlik bildirib.

Dərhal gəmiyə yedək gəmisi və xilasedici qayıq göndərilib. “Brabus” gəmisi daşıma zolağından təhlükəsiz zonaya çəkildikdən sonra boğaz yenidən dəniz nəqliyyatı üçün açıq olacaq.

Xəbər xətti