Bakıda 21 yaşlı model faciəli şəkildə öldü – FOTO

12:02 - 26 Aprel 2024 - HADİSƏ

Bakıda gənc qız dəm qazından boğulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti