ABŞ koalisiyasının təyyarələri 11 dəfə Suriya hava məkanını pozub

23:09 - 6 May 2024 - DÜNYA

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası əl-Tanf bölgəsində son 24 saat ərzində Suriyanın hava məkanını 11 dəfə pozub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, general-mayor Yuri Popov məlumat verib.

Onun sözlərinə görə, koalisiya bu cür hərəkətləri ilə aviasiya insidentləri üçün təhlükəli ilkin şərtlər yaratmağa davam edir, həmçinin Suriya hava məkanında vəziyyəti gərginləşdirir.

Popov həmçinin bildirib ki, Afes bölgəsindən terrorçuların İdlib vilayətinin Trumba kəndi ərazisində Suriya hökumət qüvvələrinin mövqelərinə snayper atəşi nəticəsində bir suriyalı hərbçi yaralanıb.

Xəbər xətti