Göyçayda mağazalarda xeyli sayda kəsici-deşici alət aşkarlandı

20:05 - 6 May 2024 - ÖLKƏ İÇİ

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması  istiqamətində tədbirlər həyata keçiriblər.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb. 

Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Xəbər xətti