Azərbaycanda meyvə şirəsindən ilbiz çıxdı - ŞOK GÖRÜNTÜLƏR

14:02 - 26 Aprel 2024 - Cəmiyyət

Azərbaycanda mağazalarda satışda olan meyvə şirələrindən birinin ürəkbulandıran görüntüləri yayılıb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Müştərilərdən biri kiçik ölçüdə olan pipetli meyvə şirəsini evdə bıçaqla kəsib. Ancaq meyvə şirəsi əvəzinə qutudan bulanıq su və ən dəhşətlisi isə ilbiz çıxıb.

Əksəriyyətin övladlarına aldığı belə şirələrin hansı fəsadlara səbəb olacağı hər kəsə məlumdur.

Daha ətraflı videonu izləyin:

Xəbər xətti